Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib...
1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov yatdığı vaxt kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi endirilib.
"Aralarında heç bir problem olmayıb. Bəzən deyirlər ki, günah öləndə olur. Amma bu, belə deyil. 35 yaşı var idi, ailə həyatı qurmamışdı", - mərhumun qohumu bildirib.
N.Səfərovun qonşusu isə onun hörmətli şəxs kimi tanındığını söyləyib:
"Sakit adam idi. Bütün kənd onun başına and içirdi".
Daha ətraflı Baku Tv-nin videomaterialında:
***
İyulun 26-da saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
"İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub", - məlumatda qeyd edilib.
***
İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 32 bıçaq zərbəsi ilə qətlə yetirilən Nadir Səfərovun fotoları ortaya çıxıb.
Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saat 4 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib.
Qeyd edək ki, keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov artıq polis tərəfindən saxlanılıb.
Qətlə yetirilən N.Səfərovun Bülbülədə xeyriyyəçi kimi tanındığı qeyd edilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Poliqon.info