AZ

Cəlal Hüseynov üçün 90 dəqiqə və mövsümün ilk xalı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası yeni mövsümün 2-ci turunda Sofiya “Lokomotiv”i ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda “Arda” yeni mövsümdəki ilk xalını qazanıb – 1:1. Hesabı meydan sahibləri açsalar da, qonaqlar fasilədən sonra məğlubiyyətdən xilas ola biliblər.

Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub. O, ilk turda da 90 dəqiqə oynamışdı.

“Arda” 2 turdan sonra 1 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 51 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Seçilən
14
arena.az

1Mənbələr