Idmanxeber.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını “Yuventus”da davam etdirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu futbolçunu satmağa müsbət yanaşır. Ancaq PSJ oyunçu üçün yüksək məbləğdə təzminat istəyir.
Hücumçu özü isə karyerasını İtaliyada davam etdirmək niyyətndədir.
25 yaşlı forvard son mövsümdə icarə əsasında “Yuventus”un heyətində 22 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.