"Səbail"dən ayrılan müdafiəçi Cabir Əmirlinin karyerasını harada davam etdirəcəyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu yeni mövsümə 1-ci Liqada başlayacaq.
O, "Mingəçevir"lə razılığa gəlib.
Xatırladaq ki, "Səbail" son mövsümdə Misli Premyer Liqasında sonuncu yeri tutaraq aşağı liqaya yuvarlanıb. "Mingəçevir" isə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran klubu mövsüm yekunlaşandan sonra gözlənilmədən qarşısına komandanı elitada saxlamaq tapşırığı qoyulmuş baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov gətirilib.
Mirağa