AZ

Litva daha 10 Gürcüstan vətəndaşına viza sanksiyası tətbiq etdi

TBİLİSİ, 28 iyul. TELEQRAF

Litva viza sanksiyaları tətbiq etdiyi Gürcüstan vətəndaşlarının siyahısına daha 10 nəfəri əlavə edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, həmin şəxslərin Litvaya girişi qadağan olunub.

Siyahıda hakim və prokurorlara yanaşı Acarıstanın hökumət sədri Sulxan Tamazaşvili, Gürcüstan parlamentinin deputatları – Mariam Laşxi və Nino Tsilosani, Anti-Korrupsiya Bürosunun rəhbəri Rajden Kupraşvili də var.

Bununla Litvanın viza məhdudiyyətləri tətbiq etdiyi Gürcüstan vətəndaşlarının sayı 112-yə çatıb.

Qeyd edək ki, bu ilin aprelində Litva sanksiyalar tətbiq olunan Gürcüstanın 102 nəfər yüksək vəzifəli məmurunun siyahısını açıqlayıb. Litvaya girişi qadağan olunanların arasında hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Tbilidi meri Kaxa Kaladze də yer alıb.

Seçilən
3
teleqraf.com

1Mənbələr