AZ

Hesablama Palatasında 3 nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının sədri VüqarGülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.

Bildirilib ki, iclasda sədr Prezident İlham Əliyevinsərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisasdərəcəsinin verilməsinə görə Həsənov Vaqif Muxtar oğlunu və ƏliyevaFərqanə Kamil qızını, “Dövlət qulluğunda fərqlənməyə görə”medalları ilə təltif edilən Hesablama Palatasının əməkdaşlarıQasımova Qönçə Əli qızını, Eyvazov Sənan Qəni oğlunu, Əzizov RamalRəsul oğlunu, Əfəndiyev Sərdar Nəsrəddin oğlunu təbrik edərəktəltifləri təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlararzulayıb.

Sonra iclasda Hesablama Palatasının 2025-ci ilin altı ayı üzrəfəaliyyətinə dair məlumat müzakirə edilib. Müvafiq sənədə kənardövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesindəiştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, həmçininHesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhsedildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıqməlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmiinternet səhifədə yerləşdirilməsi qərara alınıb.

Daha sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dairauditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsindəauditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanlarınaudit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədiləzəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. Eynizamanda, iclasda 1 nəzarət tədbirinin başlanılması ilə bağlıproqram müzakirə olunaraq təsdiq edilib.

Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Seçilən
25
8
az.trend.az

10Mənbələr