“Napoli”nin hücumçusu Viktor Osimhenin “Qalatasaray”a tam transferi yekunlaşır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi 26 yaşlı futbolçu üçün İtaliya klubu ilə anlaşıb. “Sarı-qırmızılar” oyunçu üçün 75 milyon avro ödəyəcək.
Türkiyə çempionu bu məbləği iki dəfə ödəyəcək. Osimhenin həftə ərzində İstanbula gəlib klubla rəsmi müqavilə bağlayacağı gözlənilir.