"Araz-Naxçıvan" baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə müqavilə 1 illik uzadılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" 3 gün sonra Konfrans Liqasının II təsnifat mərhələsində cavab qarşılaşmasına çıxacaq. Onlar Bakıda 2:1 hesabı ilə məğlub etdikləri "Aris"lə bu dəfə Yunanıstanda üz-üzə gələcəklər.