AZ

Çin Ukraynanı hədələdi: Bu səhvi düzəldin

Çin Xalq Respublikası (ÇXR) Ukraynanın birtərəfli sanksiyalarına qəti şəkildə qarşı çıxır və Kiyevi Çin şirkətləri ilə bağlı siyasətini korreksiya etməyə çağırır.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun bildirib.

“Çin həmişə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməyən birtərəfli sanksiyalara qarşı çıxıb və Ukraynanı mənfi nəticələrin qarşısını almaq üçün səhv siyasətini düzəltməyə çağırıb”, - diplomat bildirib.

Adəm

Seçilən
2
publika.az

1Mənbələr