AZ

“Ançelotti soyadını daşımaq mənə çətindir”

Tanınmış məşqçi Karlo Ançelottinin oğlu Davide Ançelotti, yaxın vaxtlarda atasının məşqçilik komandasında işləməyi dayandıraraq müstəqil karyeraya başlamağa qərar verib.

90deqiqe.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Davide, məşqçi kimi Ançelotti soyadını daşımanın ona çətinlik yaratdığını etiraf edib:

"Ançelotti soyadını daşımaq çətindir? Bəli, məşqçi olaraq bunu çox çətin hiss edirəm. Bunu inkar edə bilmərəm. Amma eyni şəkildə, Paolonu nəzərə alaraq, Daniye Maldini üçün də çətindir. Mən bilirəm ki, mənim qiymətləndirmələrimdə «Karlo’nun oğlu» deyəcəklər, xüsusən də başlanğıcda. Amma yeganə yol üzməyi öyrənməkdir – dənizə atılmaq və əlləri ilə ayaqları ilə hərəkət etmək. Mən də məhz bunu etməyə çalışıram."

Davide Braziliyaya yollanıb, lakin Karlo Braziliya milli komandasının baş məşqçisi təyin olunsa da, Davide "Botafoqo" klubunun başına keçib.

Seçilən
6
90deqiqe.az

1Mənbələr