AZ

“Araz-Naxçıvan” 4 məşqçi ilə yeni müqavilə bağladı

Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilələrin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terziyevlə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Naxçıvan təmsilçisi daha əvvəl baş məşqçisi ilə də yeni, 1 illik müqavilə imzalandığını açıqlamışdı.

“Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında 2024/2025-ci illər mövsümünü üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə Avropa Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. Muxtar Respublika təmsilçisi Konfrans Liqasındakı debüt matçında Yunanıstanın “Aris” (Saloniki) kollektivinə 2:1 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 31-də Salonikidə keçiriləcək.

Seçilən
44
12
arena.az

10Mənbələr