
Böyük Britaniyada EasyJet hava şirkətinin Lutondan Qlazqo istiqamətində uçan təyyarəsində bomba partlatmaqla hədələyən sərnişin saxlanılıb. The Sun xəbər verir ki, həmin şəxs ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfəri zamanı onun siyasətindən narazılığını ifadə edib.Görgü şahidlərinin sözlərinə görə, 41 yaşlı Hindistan vətəndaşı, Böyük Britaniyada qaçqın statusu ilə yaşayan şəxs, tualetdən qışqıraraq çıxıb. O, bomba olduğunu və “Trampa siqnal göndərəcəyini” bildirib. Sərnişinlər tezliklə həmin şəxsi nəzarət altına alıblar, kabin personalı isə onun baqajında partlayıcı maddə tapmayıb.Təyyarə uğurla Qlazqoya enib və orada şəxs polisə təhvil verilib. Hadisə Trampın Şotlandiyaya səfəri fonunda baş verib, lakin saxlanılan şəxsin motivləri hələlik məlum deyil. Rəsmi orqanlar araşdırmanı davam etdirir.Ulusum.az
Diqqət Çəkənlər
Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı
28 İyul – Ümumdünya Hepatitlə Mübarizə Günü
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu