Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Neftçi" daha bir transferi bitirməyə yaxındır.

Offsideplus.az İdmanxeber.az saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Monpelye"nin futbolçusu Falaye Sako ilə razılığa gəlib. Malili sağ cinah müdafiəçisi ilə bir müddətdir davam danışıqlar müsbət nəticələnib.

Sako 2022-ci ildən "Monpelye"də çıxış edir. O, Fransa Liqa 1-də 70 oyunda meydanda olub.

30 yaşlı futbolçu Mali yığmasında 40 oyuna çıxıb və 1 qol vurmağı bacarıb.