BAKI, 28 iyul. TELEQRAF
Şimali Koreyada istehsalını şəxsən ölkə lideri Kim Çen Inın dəstəklədiyi və bəyəndiyi “Baekje düzənliyində yeni bahar” adlı televiziya serialı böyük uğur qazanır.
Teleqraf xəbər verir ki, 22 hissədən ibarət serial kənd təsərrüfatının inkişafını təşkil etmək üçün kəndə köçən şəhər məmurunun ailəsindən bəhs edir.
Süjetdə təkcə məişət çətinlikləri deyil, həm də korrupsiya və ailə problemləri araşdırılır.
Diqqətçəkən odur ki, serial gözlənilmədən partiyanın səhvləri və insani çatışmazlıqlarını izləyicilərə açıq göstərsə də, sistemin son nəticədə bütün çətinliklərin öhdəsindən gələ biləcəyini vurğulayır.
Analitiklər hesab edirlər ki, bu, rejimin Şimali Koreyada yeni təbliğat üsuludur: hakimiyyət problemləri etiraf edərək, onların aradan qaldırılması ilə partiyanın gücünü nümayiş etdirir.