AZ

Bursada meşəni yandıran GÖRÜN KİM İMİŞ - Etirafı ŞOK ETDİ 

Türkiyənin Bursa şəhərində meşə yanğınını törədən şəxsin kimliyi müəyyən edilib.

Referans xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, yanğını törədən şəxs FETÖ ilə əlaqəsinə görə bir sıra hüquq-mühafizə orqanlarından xaric edilmiş keçmiş çavuşdur.

Adı Ufuk A. kimi açıqlanan şəxs meşəyə benzin tökərək ağacları yandırdığını və məqsədinin həbsxanaya düşmək olduğunu etiraf edib.

Ufuk A. bildirib ki, 2021-ci ildə ordudan uzaqlaşdırıldıqdan sonra həyatı alt-üst olub, ailəsi ilə münasibətləri pozulub, evdən qovulub. Onun sözlərinə görə, "əbədi həbsə" düşmək ümidi ilə yanğın törətmək qərarına gəlib.

Hadisə ilə bağlı istintaq və yanğınsöndürmə işləri davam etdirilir.

Seçilən
16
referans.az

1Mənbələr