AZ

Rəsmi Pekin Kiyevi hədələyib

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çin Xarici İşlər Nazirliyi Ukraynadan Çinə qarşı yanlış siyasətini düzəltməyi tələb edib

“Çin Xalq Respublikası Ukraynanın birtərəfli sanksiyalarına qəti şəkildə qarşıdır və Kiyevi Çin şirkətlərinə qarşı siyasətini düzəltməyə çağırır”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Quo Cyakun bildirib.

“Çin həmişə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməyən birtərəfli sanksiyalara qarşı çıxıb və mənfi nəticələrin qarşısını almaq üçün Ukraynanı səhv siyasətini düzəltməyə çağırır”, - diplomat bildirib.

Bundan əvvəl Kiyev Rusiya, Çin, BƏƏ və İrandan olan yüzə yaxın şirkət və şəxslərə qarşı sanksiya tətbiq edib. Onların Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqələri olduğu iddia edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
ayna.az

1Mənbələr