AZ

Keçmiş yüksək vəzifəli məmur xərçəngə yoluxdu - FOTO

BAKI, 28 iyul. TELEQRAF

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşovun səhhətində ciddi problemlər yaranıb.

Teleqraf-ın əldə etdiyi xəbərinə görə, o, onkoloji (xərçəng) xəstəliyindən əziyyət çəkir.

A.Qaraşov xarici ölkələrdə və Azərbaycanda müayinə olunub, müalicə kursu keçib. Onun müalicəsi Milli Onkologiya Mərkəzində davam etdirilir. Keçmiş məmur kimyaterapiya alır.

Qeyd edək ki, Arif Xanoğlan oğlu Qaraşov 1953-cü ildə anadan olub. O, 2005-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib.

Seçilən
5
7
teleqraf.com

8Mənbələr