AZ

Tailand və Kamboca atəşkəs əldə edib

Tailand və Kamboca dərhal atəşkəs barədə razılığa gəliblər.

 

Sfera.az TASS-a istinadən xəbərinə verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim danışıqlardan sonra keçirilən mətbuat konfransında məlumat verib.

 

"Hər iki tərəf dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılığa gəlib", - o bildirib.

 

Baş nazirin sözlərinə görə, Tailand və Kamboca arasında atəşkəs iyulun 29-u saat 00:00-da (Bakı vaxtı ilə iyulun 28-i saat 20:00-da) qüvvəyə minəcək.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
23
1
sfera.az

2Mənbələr