AZ

Konfrans Liqası: “Sabah”– “Petrokub” oyununa 3 min bilet satılıb

Bakı, 28 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” ilə Moldovanın “Petrokub” komandaları arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, artıq oyuna 3 min bilet satılıb. Azarkeşlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah”–“Petrokub” görüşü iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək. İlk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Seçilən
5
azertag.az

1Mənbələr