Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza bu gün günorta saatlarında Göyçay-Bərgüşad yolunun Şıxbəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, 1971-ci il təvəllüdlü Xaləddin Nəsrullayevin idarə etdiyi "Ford Tranzit" markalı avtomobil idarəetməni itirərək yolun əks istiqamətindəki ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb.
Seymur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.