AZ

Bakının bu rayonunda fərdi yaşayış evləri 30%-ə yaxın bahalaşıb - STATİSTİKA

BAKI, 28 iyul. TELEQRAF

2025-ci ilin iyununda ötən ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evləri üzrə ən çox bahalaşma Səbail rayonunda baş verib.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Səbail rayonunda yerləşən fərdi yaşayış evləri ötən illə müqayisədə 29% bahalaşıb.

Cari ilin may ayı ilə müqayisədə isə bu rayon üzrə 3,5% bahalaşma olub. İyun ayında Səbail rayonunda fərdi yaşayış evlərinin kavadrat metrinin orta qiyməti 3002 manat olub.

Qiymət artımlarında Səbaili Nizami, Nərimanov və Sabunçu rayonları izləyib. Nizamidə fərdi yaşayış evləri 17% (802 manat), Nərimanov və Sabunçuda isə 16% bahalaşıb (2100 və 692 manat). May ayı ilə müqayisədə bu rayonlar üzrə bahalaşma müvafiq olaraq 3,5%, 2,5% və 2,1% olub.

İllik müqayisədə Nəsimidə 14% (1502 manat), Xəzərdə 13% (799), Suraxanıda 12% (702 manat), Binəqədi və Yasamal rayonlarında isə 10%-lik (850 və 1501 manat) bahalaşma olub. May ayı ilə müqayisədə bu rayonlar üzrə qiymət artımları müvafiq olaraq 2,8%, 5%, 1,1%, 1%, və 2,2% olub.

Ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında ən aşağı qiymət artımı Xətai, Qaradağ və Pirallahı rayonlarında qeydə alınıb. Xətaidə fərdi yaşayış evlərinin qiyməti 9% (kvadratmetri 1002 manat), Qaradağ və Pirallahıda isə 8% (kvadratmetri 700 və 502 manat) artıb. May ilə müqayisədə bu rayonlarda bahalaşma müvafiq olaraq 1,8%, 0,8%, və 5% olub.

Seçilən
55
teleqraf.com

1Mənbələr