AZ

"Qəzzada atəşkəslə qətliam arasında yalnız ABŞ dayanır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qərbin Qəzzadakı qətliamın səssiz ortağı olduğunu təkrar etdi.

SİA-nın əldə etdiyi məlumata görəFidan Fidan deyib: “Bu gün biz regionumuzdakı mühüm məsələləri müzakirə etdik. İlk növbədə Cənubi Qafqazda baş verənlərdən danışdıq. Sentyabrda keçirilən antiterror əməliyyatı ilə Azərbaycan Qarabağda öz hakiməyyətini tam şəkildə bərpa etdi. Bu münasibətlə onları bir daha təbrik edirik.

Sülh və əmin-amanlığın hökm sürdüyü Cənubi Qafqaz bütün dünya ölkələri başçılarının marağındadır. Ona görə də bütün tərəflər sülh və normallaşma mühiti yaratmağa çalışmalıdır. Təəssüflər olsun ki, Qərbdə təşkilatlanmış erməni diasporu erməni xalqının ağır şərtlərindən sui-istifadə edir. Bəzi ölkələr Azərbaycana qarşı təxribat etməyə çalışır. Bunlarla məşğul olmaqdansa, erməni xalqının qonşuları ilə normal münasibətlər quracağı mühitin yaradılmasına enerji sərf etmək daha yaxşı olardı”.

İsrailin blokadası altında olan Qəzzada humanitar faciənin davam etdiyinə də toxunan türkiyəli nazir bunları söyləyib: “İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Birgə Zirvə Toplantısında müharibənin dayandırılması və daimi sülhün bərqərar olması üçün beynəlxalq səviyyədə təşəbbüslərin həyata keçirilməsi qərara alındı. Xarici işlər nazirləri olaraq biz sonuncu dəfə ABŞ və Kanadada görüşlər keçirmişik. Dekabrın 15-də Osloda Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Belçika, Hollandiya və Lüksemburqun səlahiyyətli nümayəndələri ilə görüşəcək, Fələstinin ədalətli işinə sadiqliyimizi bir daha vurğulayacağıq.

Hazırda Qəzzada atəşkəslə qətliam arasında yalnız ABŞ dayanır.

Bizim və beynəlxalq ictimaiyyətin mesajı aydındır: fələstinlilərə qarşı zülmə son qoyulmalı, dərhal atəşkəs elan edilməli və sülh prosesi başlanmalıdır.

ABŞ-ın BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qəbul edəcəyi qərarlara daha mane olmamasını gözləyirik.

Qəzzadakı faciədən daha pisi odur ki, fəzilətli olmaqla fəxr edən bir çox Qərb mərkəzli dövlətlər bu qətliamda səssiz tərəfdaşdırlar.

Bizim çağırışımız beynəlxalq ictimaiyyətin üzərinə düşəni etməsi və ən qısa zamanda iki dövlətli həll üzərində işə başlamalarıdır."

Seçilən
528
2
sia.az

10Mənbələr