AZ

Yol polisinə hücum edən müğənni SƏRBƏST BURAXILDI

Türkiyəli müğənni Dilan Çıtak İstanbulda maraqlı olayla gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, hadisə Nişantaşı səmtində baş verib. Məlumata görə, müğənni polis əməkdaşının “sənədlərini göstər” xəbərdarlığına məhəl qoymayaraq, avtomobili onun üzərinə sürüb. Sürücü saxlanılıb və bölməyə aparılıb.

Lakin Dilan Çıtak ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Onun “polisin üzərinə sürmək” ittihamı ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Dilan Çıtak məşhur türk müğənnisi İbrahim Tatlısəsin qızıdır.

Aytac Əliyeva

 


Telegram kanalımız
Seçilən
12
1
yenisabah.az

2Mənbələr