ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıdan azad olunmuş ərazilərə səfər edən şəxslər qəzaya düşüblər.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, hadisə bu gün Qubadlı rayonu ərazisində baş verib.
Belə ki, KIA markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan dörd nəfər – Sumqayıt şəhər sakini İlqar Elşən oğlu Heydərov, Bakı şəhər sakinləri İntiqam Mətləb oğlu Alkərəmov, Rauf Rafael oğlu Əliyev və Məhəmməd Zülfüqar oğlu Mütəllimov – xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.