Sea Breeze

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.

Proqram çərçivəsində “Könüllülərlə işin təşkili” mövzusunda keçirilən növbəti görüş zamanı iştirakçılara könüllülərlə işin qurulması, beynəlxalq və kütləvi tədbirlərdə onların idarə olunması, həmçinin könüllülərlə düzgün davranış qaydaları ətraflı şəkildə izah edilib. Daha sonra iştirakçılar dörd komandaya bölünərək mövzu ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirib və təqdimatlar keçiriblər.

Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə – idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.

ETX
ETX
ETX