Idmanxeber.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İngiltərəli futbolçu Dominik Kalvert-Luin “Aston Villa” yolunda
İdmanxeber.az-ın məlumatına görə, oyunçu karyerasını “Aston Villa” klubunda davam etdirə bilər.
“Milan” və “Nyukasl”ın da maraq göstərdiyi hücumçu hazırda “Aston Villa” ilə danışıqlar aparır. İngiltərə millisinin sabiq üzvü “Everton”la müqaviləsini başa vurduqdan sonra azad agent statusu qazanıb.
27 yaşlı forvard ötən mövsüm Premyer Liqada 26 oyunda iştirak edib, 3 qolla yadda qalıb.
“Aston Villa”nın baş məşqçisi Unay Emeri oyunçunu hücum xətti üçün uyğun və maliyyə baxımından sərfəli seçim hesab edir. Tərəflər arasında ilkin təmasların müsbət məcrada davam etdiyi bildirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.