Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - "Petrokub" cavab qarşılaşmasına satılan bilet sayı məlum olub.
Offsideplus.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılacaq matça indiyə qədər 3000 bilet satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında ilk qarşılaşma təsmilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu iyulun 31-i, saat 20:00-da start götürəcək.