Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla sentyabrda Çində görüşə bilər.
Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov deyib ki, Putin Pekinə səfər etməyi planlaşdırır və əgər Donald Trampın Çinə eyni tarixlərdə səfəri baş tutarsa, onların eyni vaxtda eyni şəhərə gəlib görüşmək qərarına gələcəyini nəzəri cəhətdən istisna etmək olmaz.
Kremlin sözçüsü jurnalistlər üçün keçirdiyi brifinq zamanı bildirib ki, Putin və Tramp arasında Pekində keçiriləcək görüş üçün heç bir əsaslı hazırlıq yoxdur.