AZ

Mərakeş hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub

Mərakeş Hərbi Hava Qüvvələrinə məxsus "Alpha Jet" təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Hər iki pilot həlak olub.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyulun 28-də mənbəyə istinadən "Hespress" qəzeti məlumat yayıb.

 “Kral Hərbi Hava Qüvvələrinə məxsus “Alpha Jet” hərbi təyyarəsi qəzaya uğrayıb", - məlumatda deyilir.

Təyyarənin "Meknes" aviabazasından havaya qalxaraq Fes-Saiss hava limanına enərkən qəzaya uğradığı dəqiqləşdirilir.

QAZİLER.AZ

Seçilən
33
1
qaziler.az

2Mənbələr