AZ

Ermənistan xarici təzyiqlərdən azad qərar qəbul edənə qədər sülhə müdaxilələr yaşanmağa davam edəcək

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Almaniyanın aparıcı nəşrlərindən olan “Berliner Zeitung” qəzetində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri hələ də bəzi fikir ayrılıqlarının mövcudluğunu və bunların aradan qaldırılması üçün dialoqun davam etdirildiyini bildirib.

Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, əslində Azərbaycan 44 günlük Vətən müharibəsiundə torpaqlarını işğaldan azad etməklə müharibənin başa çatdığını və digər məsələlərin siyasi yollarla həll olunmalı olduğunu bildirmişdi: “Azərbaycan Ermənistanla razılaşdırılan sülh müqaviləsini tərtib edib qarşı tərəfə təqdim etdi. Abu-Dabidə keçirilən ikitərəfli görüşdə heç bir vasitəçi olmadan tərəflər arasında 5 saata yaxın müddətdə rasional danışlqar aparıldı. Həm də tərəflər müharibənin baş verməyəcəyini və sülhə hazır olduqlarını bildirdilər”.

Azər Badamov

Deputatın fikrincə, Azərbaycanın iki tələbi reallaşandan sonra sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaza uzun müddətli, real sülhün gəlməsi üçün heç bir maneə qalmır.

“Bəzi kənar qüvvələr Cənubi Qafqazda nəzarətin əlindən çıxmasından narahatdır və müxtəlif yollarla müdaxilə edərək sülhü əngəlləmək istəyir. Məsələn; Rusiyanın Ermənistana göndərdiyi ardı-arası kəsilməyən hərbi yük təyyarələri, Paşinyanın Altayda ilk dəfə olaraq duz çörəklə qarşılanması və Rusiya səfərindən sonra ABŞ-ın neytral şirkətinin Zəngəzur dəhlizinə nəzarəti Ermənistan tərəfindən qəbuledilməz olduğunu bildirməsi kənar qüvvələrin təzyiqin göstəricisidir. Bəli, Ermənistan xarici təzyiqlərə məhəl qoymadan müstəqil qərar qəbul edənə qədər sülhə kənar təhlükələr qalmaqda davam edəcəkdir”.

Azər Badamov vurğulayıb ki, \Azərbaycan müstəqil siyasət yürüdür və regiona davamlı sülhün və əməkdaşlığın gəlməsi üçün çalışır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
bizimyol.info

1Mənbələr