"Milan"ın bu mövsümdən etibarən yeni kapitanı Mik Menyan olacaq.

Offsideplus.az xəbər verir ki, fransalı qapıçı 1961-ci ildən bəri "qırmızı-qaralar'ın ilk əcnəbi kapitanı olub. Sonuncu dəfə isveçli futbolçu Nils Lidholm sarğını qoluna taxmışdı.

Menyan 2021-ci ildən "Milan"da çıxış edirdi. O, İtaliya nəhənginin heyətində 163 oyuna çıxıb.