AZ

Çin Orta Dəhlizin inkişafında iştirakını genişləndirir

Pekin Bakı–Tbilisi–Qars xəttinə xüsusi önəm verir...

Poliqon xəbər verir ki, 2025-ci ilin iyul ayının əvvəlində Pekində Çin Dəmir Yolları (CR) ilə Azərbaycan Dəmir Yolları (ADY) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd beynəlxalq yükdaşıma dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Xüsusi vurğulanan məqam Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttidir. Bu marşrut Orta Dəhlizin əsas hissələrindən biridir və onunla gündəlik 10 qatarın hərəkətini təmin etmək planlaşdırılır.

Bu məqsədlə tərəflər dəmir yolu və liman infrastrukturunun təkmilləşdirilməsi, Xəzər dənizi üzərindən konteyner daşımalarının intensivləşdirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirməyə razılaşıblar. Daşımaların keyfiyyətinin və səmərəliliyinin artırılması üçün rəqəmsal texnologiyaların geniş tətbiqinə xüsusi diqqət yetiriləcək.

Orta Dəhlizin bir hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) inkişafında iştirak məqsədilə Çin Dövlət Dəmir Yolu Konteyner Daşımaları şirkəti (CRCT) 2023-cü ilin ortalarında Qazaxıstan (KTJ), Gürcüstan (GR) və ADY-nin birgə yaratdığı "Middle Corridor Multimodal" adlı müəssisəyə qoşulmağı planlaşdırır.

Eyni zamanda, Çin Dəmir Yolları ilə Qazaxıstanın KTJ şirkəti 2014-cü ildə imzalanmış sənədi əvəzləyən yeni strateji əməkdaşlıq sazişi bağlayıblar. Razılaşma çərçivəsində yeni nəqliyyat layihələrinin reallaşdırılması, mövcud dəmir yolu xətlərinin modernləşdirilməsi, logistika bazalarının və multimodal terminalların yaradılması, həmçinin sərhədyanı əməliyyatların optimallaşdırılması üçün rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr