AZ

“Neftçi”dən ayrılan futbolçu qərarsızdır

“Neftçi”dən ayrılan İsmayıl Zülfüqarlı hələ qərarını verməyib.

Cinah oyunçusu “Futbolpress.az“a açıqlamasında təkliflərinin olduğunu və yaxın günlərdə qərarını verəcəyini söylədi:

“Premyer Liqa, I Liqa və ölkə xaricindən bəzi təkliflərim var. Hələ dəqiqləşən nəsə yoxdur. Yaxın günlərdə qərarımı verəcəm”.

Son iki mövsümü icarə əsasında “Turan Tovuz”da keçirən Zülfüqarlı “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildən əsas komandada çıxış edirdi. Cinah oyunçusu 2019-2024-cü ilin yanvarına kimi “ağ-qaralar”ın formasını geyinib, daha sonra “Turan Tovuz”da icarədə olub.

24 yaşlı oyunçu Premyer Liqada 100 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Seçilən
14
futbolpress.az

1Mənbələr