AZ

Peşə təhsili üçün daha geniş imkanlar yaradılacaq— Deputat

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.2-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Məsələ ilə bağlı Demokrat.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib ki, belə bir addımın atılmasında əsas hədəf gənclərdə peşə təhsilinə marağın artırılması, peşə təhsili alan şəxslərin təhsillərini davam etdirmələri üçün şəraitin yaradılmasıdır:

“Bu gün ölkəmizdə peşə təhsilinə böyük bir diqqət, qayğı var. Bir sıra hallarda peşə təhsili alan gənclərin hərbi xidmətə getməsi onların təhsillərini davam etdirmələrinə problem yaradır. Yeni qanun isə artıq imkan verəcək ki, 20 yaşına qədər gənclər öz peşə təhsillərini davam etdirsinlər və fasilə verməli olmasınlar. Bu, onların təhsilinə dəstəkdir. Çox mühüm dəyişiklikdir. Gənclərin peşə təhsili alması üçün daha yaxşı, daha geniş imkanlar yaradılacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
12
1
demokrat.az

2Mənbələr