Yeni mövsümdə "Leypsiq"nin hücumçusu Benjamin Şeşkonun İngiltərə Premyer Liqasına keçəcəyi ehtimalı güclənib.
90deqiqe.Az "Sky"a istinadən xəbər verir ki, hazırda sloveniya millisinin üzvü ilə danışıqlar aparan klublar "Mançester Yunayted" və "Nyukasl"dır. Hər iki klub futbolçuya öz idman layihələrini və maliyyə təkliflərini təqdim edib.
İndi isə qərarı futbolçunun özü verəcək. 22 yaşlı hücumçu, potensial klubu ilə razılığa gəldikdən sonra "Leypsiq"ə rəsmi transfer təklifi göndəriləcək.
Futbolçu İtaliya klubları və Fransanın PSJ klubu da maraqlanır.
Şeşko "Leypsiq"də iki mövsüm keçirib və ümumilikdə 87 oyunda 39 qol vurub, 8 asistlə komanda yoldaşlarına qol ötürmələri edib.