AZ

Azərbaycan xaricə metanol satışın azaldıb, gəlirləri artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 207,5 min tonmetanol (metil spirti) ixrac edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulunixracından əldə olunan gəlir 53,3 milyon ABŞ dolları olub.

Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 23,7 min ton və ya 10,2% az, dəyər ifadəsi ilə 7,5milyon ABŞ dolları, yaxud da 16,4% çoxdur.

Belə ki, 2024-cü ilin ilk yarısında Azərbaycandan 231,2 min tonmiqdarında, 45,8 milyon ABŞ dolları dəyərində metanol ixracedilmişdi.

Cari ilin hesabat dövründə ixrac edilmiş metanol ümumi ixracın0,41%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,04%-ni təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
26
az.trend.az

1Mənbələr