İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin və onların aradan qaldırılması ilə bağlı təkliflərin öyrənilməsi istiqamətində görüşləri davam etdirir.
Növbəti belə görüş “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyinin və DVX-nin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşdə Assosiasiya nümayəndələri ilə birlikdə müvafiq sahə üzrə fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı çətinlik və təklifləri dinlənilib və müzakirələr aparılıb. Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.