Ermənistan Elektrik Şəbəkələri (EEŞ) qapalı səhmdar cəmiyyətinin yeni direktorunun kimin olacağı haqda məıumatlar yayılıb.
Hafta.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
“JTB Holdinq”in sahibi Qriqor Ter-Qazaryan EEŞ-də olarkən kameramız çəkib və ehtimal edirdik ki, hansısa sövdələşmə hazırlanır, bəlkə də EEŞ-nın idarəçiliyini həmin holdinqə təhvil verəcəklər. Romanos Petrosyan öz səhifəsində Ter-Qazaryanla gəzdiyi və söhbət etdiyi videonu yerləşdirmişdi. Bizə məlumat verildi ki, Petrosyan Qriqor Ter-Qazaryanın da iştirak etdiyi “Sevan” startapında iştirak etmək üçün Sevana(Göyçə - S.L.) gedib. Məlumata görə, onlar Sevan sahilində bir neçə saat təkbətək söhbət ediblər. Görünür, Sevanda yeni razılaşmalar əldə olunub”, - deyə erməni nəşri bildirir.
Eyni zamanda qəzet bildirir ki, Oragir.News-un məlumatına görə, “JTB Holding”in sahibi Qriqor Ter-Qazaryan tezliklə "Ermənistanın Elektrik Şəbəkələri" QSC-ni alacaq.
“Bundan əvvəl internetdə hökumətin EEŞ-nın səhmlərini “JTB” sahibinə satmaq niyyətində olması barədə şayiələr yayılmışdı. Media iş adamının EEŞ-ə səfərini də lentə alıb.
Bu söz-söhbətlərin təkzib olunduğu iddia edilsə də, Oragir.News mənbələri Qriqor Ter-Qazaryanın Ermənistanın elektrik enerjisi şirkətini almağa hazırlaşdığını təsdiqləyir” – “Hraparak” əlavə edir.
Xatırladaq ki, EEŞ-in keçmiş rəhbəri hazırda həbsdə olan Rusiyalı erməni milyarder Samvel Karapetyan olub.