AZ

La Liqa klubu “Bavariya”lı ilə gücləndi

“Bavariya”nın futbolçusu Brayan Saraqosa karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, ispan cinah oyunçusu “Selta” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. La Liqa təmsilçisi Saraqosanı satınalma hüququ ilə birlikdə icarəyə götürüb.

Ötən mövsümü “Osasuna”da icarədə keçirən Brayan La Liqada 27 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Brayan 2024-cü ildə “Qranada”dan “Bavariya”ya keçib.

Seçilən
25
3
futbolpress.az

5Mənbələr