AZ

Çelsi qapıçısını Fransa klubuna göndərdi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Çelsi"nin gənc qapıçısı Mayk Penders karyerasını Fransa Liqa 1 təmsilçisi "Strasburq"da davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı London klubunun mətbuat xidməti yayıb. 

19 yaşlı futbolçu bir mövsümlük icarə əsasında Fransa klubunda çıxış edəcək. 

Xatırladaq ki, gənc belçikalı qolkiper 2024-cü ilin yayında “Çelsi”yə keçib. O, ötən mövsüm “Genk”də icarə müqaviləsi əsasında forma geyib. Əvəzində "Çelsi"nin digər qapıçısı Corce Petroviç ötən mövsüm "Strasburq"da çıxış edib. Fransız klubu "mavilər"in farm-klubu sayılır.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
fanat.az

2Mənbələr