AZ

Estoniya XİN rusiyalı diplomata nota verdi

BAKI, 28 iyul. TELEQRAF

Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın ölkədəki müvəqqəti işlər vəkili Lenar Salimullini çağıraraq etirazını bildirib və nota təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb iyulun 26-da Finlandiya körfəzində Vayndloo adasının yaxınlığında Rusiyanın sərhəd gəmisinin Estoniyanın ərazi sularını pozması ilə bağlıdır.

Estoniya tərəfi qeyd edir ki, Rusiya sərhəd gəmisi qanunsuz olaraq Baltik ölkəsinin ərazi sularına daxil olub.

Seçilən
37
teleqraf.com

1Mənbələr