İran kəşfiyyatı İsraillə 12 günlük müharibə zamanı 23 yüksək vəzifəli məmura qarşı sui-qəsdlərin qarşısını alıb.
Ölkə.az xəbər verir ki, İran kəşfiyyatının məlumatına görə, "Mossad" İrandakı müxalif qüvvələrlə birlikdə, İsrailin Evin həbsxanasına zərbəsindən sonra Tehranda genişmiqyaslı iğtişaşlar təşkil etməyi planlaşdırıb.
Həmçinin qeyd olunub ki, İsraillə 12 günlük müharibə zamanı ən azı 450 əcnəbi döyüşçü İranı işğal etməyi planlaşdırıb.
Həmidə İbrahimova