AZ

Bu ölkəni ayağa qaldırmasam, atamın oğlu deyiləm: Paşinyanın yerinə göz dikən mer

“Gedib belə məsələlərə qarışmaq istəmirəm, çünki öküz boyunduruğudur”.

Publika.az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, bunu Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan jurnalistlərlə söhbətində baş nazir olması ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu yaşda olan, bu həyatı yaşayan adamın baş nazir olmaq istəyi gülüş doğurur. Ömrümdə istəməzdim, amma görsəm ki, belə bir adam yoxdur, camaat da məndən inanıb tələb edir ki, "ermənisən, yaxşı oğlansan, gəl işi götür”, onda mən də hər şeyi etməyə hazıram. Ucadan deyirəm ki, bu ölkəni tezliklə ayağa qaldırmasam, atamın oğlu deyiləm, onda hər iki əlimi kəsin”, - Vardan Qukasyan 100 günlük səlahiyyətlərinin yekunlarına dair mətbuat konfransında deyib.

Tural

Seçilən
3
publika.az

1Mənbələr