BAKI, 28 iyul. TELEQRAF
"ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə görüşdə maraqlıdır və yaxın vaxtlarda bunun keçirilməsinin mümkünlüyü müzakirə edilir".
Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Cemison Qri deyib.
O bildirib ki, hər iki tərəf görüşməkdə maraqlıdır:
"Liderlərin yaxşı münasibətləri var, nisbətən tez-tez ünsiyyət qururlar. Harada olacağını və hansı tarixdə keçiriləcəyini bilmirəm, amma bu, mütləq hər iki tərəfin gündəmindədir”.