AZ

Daha bir sirli qançır: Trampın əlindəki ləkə suallar doğurdu

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ona xroniki xəstəliklə bağlı diaqnoz qoyulduqdan sonra Şotlandiyada müəmmalı bir işarə ilə görüntülənib.

Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezidentinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən çəkilmiş fotoşəkillərdə onun sağ əlində konsilerə bənzəyən nə isə görünüb.

Qeyd olunur ki, bu, Ağ Evin Trampa xroniki venoz çatışmazlığı diaqnozu qoyulduğunu elan etməsindən cəmi bir neçə həftə sonra baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
oxu.az

1Mənbələr