“Nyukasl”ın hücumçusu Aleksander İsak “Liverpul”a keçməyə yaxındır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, mersisayd klubu 25 yaşlı isveçli futbolçu üçün təxminən 74 milyon avro ödəməyə hazırdır. Bu məbləğ əsasən Luis Diasın satışından əldə olunacaq. İsak “Liverpul”un yay transfer pəncərəsindəki əsas hədəfi sayılır.