ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (İMF) arasında bərpa olunan enerji və qaz ixracı infrastrukturu barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu müzakirələr SOCAR-da İMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi çərçivəsində görülən işlərdən söz açılıb.
O cümlədən bərpa olunan enerji və qaz ixracı infrastrukturu və digər sahələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.