AZ

Tramp: Putinə verdiyim möhlətin müddətini azaldacam

ABŞ Prezidenti Donald Tramp Rusiya üçün yeni son tarixin 10-12 gün olacağını bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında bildirib.

"Putinə verdiyim 50 günlük möhlətin müddətini azaldacam. Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni müddət təyin edəcəyəm. Gözləmək üçün heç bir səbəb yoxdur. Biz sadəcə heç bir irəliləyiş görmürük. Biz dəfələrlə prezident Putinlə telefonda danışmışıq. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Mən ondan çox məyusam", - D.Tramp bildirib.

Bu gün Britaniyanın Baş naziri ilə danışıqların başlamazdan əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putindən çox məyus olduğunu bildirmiş və Ukrayna ilə razılaşmaların əldə edilməsi üçün müəyyən etdiyi 50 günlük müddəti azaltmaqla hədələyib.

Seçilən
12
xezerxeber.az

1Mənbələr