AZ

Kerem Aktürkoğlu Türkiyə klubunun transfer təklifini qəbul edib

ain.az, Oxu.az saytına istinadən bildirir.

Hazırda Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlu "Beşiktaş"ın təklifini qəbul edib.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, futbolçu təklifi qəbul etsə də "Benfika" Türkiyə klubundan 24 milyon avro tələb edir.

"Beşiktaş" rəsmiləri isə maliyyə problemləri səbəbindən futbolçunun keçidi üçün sponsor axtarışlarına start veriblər.

"Ağ-qaralar" sponsor tapacaqları təqdirdə Kerem Aktürkoğlunun keçidini tamamlamaq istəyirlər.

Qeyd edək ki, Kerem Aktürkoğlu "Benfika" forması ilə çıxdığı 53 oyunda 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
oxu.az

3Mənbələr