AZ

"İndi mənim 75 yaşım var" - 54 yaşlı Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bioloji yaşı ilə bağlı sualı cavablandırıb. 

Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis GQ-yə müsahibəsində "Kriştianu Ronaldu bu yaxınlarda bioloji yaşının 28 olduğunu iddia edərək manşetlərə çıxdı. Pep Qvardiola neçə yaşındadır" sualını belə cavablayıb:

"İndi mənim 75 yaşım var (gülür). Tamamilə qırılmışam, hər yerim ağrıyır. Ola bilsin ki, imtahan edilsəm, nisbətən gənc sayılaram. Ümid edirəm ki, zamanla indikindən daha yaxşı olacağam. Odur ki, mənə bərpa olunmaq üçün yaxşı yerlər lazımdır".

Xosep Qvardiolanın əslində 54 yaşı var. Mütəxəssisin “Mançester Siti” ilə 2027-ci ilin ortalarına qədər müqaviləsi var.

Mirağa

Seçilən
20
fanat.az

1Mənbələr